Soft Solution şirkəti veb sahəsi üzrə “Backend developer” təlim proqramının qeydiyyatına start verir.

Bu sahə üzrə junior developerlər və ya ilkin biliklərə sahib olan şəxslər həmçinin 3 və 4-cü kurs tələbələri, tələb olunan sahədə az təcrübəyə malik lakin özünü inkişaf etdirmək istəyən şəxslər də cv-lərini [email protected] ünvanına göndərə bilərlər.

Tələb olunan biliklər:

  • HTML/CSS biliyi
  • OOP biliyi
  • PHP - laravel və ya digər hər hansısa bir framework
  • GIT (GitHub)

Üstünlüklərimiz:

  • Sərbəst iş qrafiki ( tam və ya yarım iş günü işləmək imkanı)
  • Tələbələr üçün dərsdən sonra işləmək imkanı
  • Remote işləmək imkanı
  • Mütəmadi olaraq məşğələlərin keçirilməsi
  • Rahat ofis şəraiti

Qeyd: Əmək haqqı müsabiqə əsasında qeyd ediləcəkdir.

məqaləni paylaş: