Soft Solution şirkəti " Junior Php developer " təcrübə proqramını elan edir.

Bu sahə üzrə junior developerlər, həmçinin universitetin 4-cü kurs tələbələri, tələb olunan sahədə az təcrübəyə malik, lakin özünü inkişaf etdirmək istəyən şəxslər öz CV-lərini "Junior Php Developer" başlığı altında [email protected] ünvanına göndərə bilərlər.

Tələblər:

  • HTML / CSS üzrə biliklər
  • PHP üzrə zəruri biliklər
  • Yeni və mövcud layihələrdə kodların analiz edilməsi və təkmilləşdirilməsi

Üstünlüklərimiz:

  • Mütəmadi olaraq məşğələlərin keçirilməsi
  • Rahat ofis şəraiti
  • Tələbələr üçün dərsdən sonra işləmək imkanı
  • Təcrübə proqramını müvəffəqiyyətlə bitirənlərə iş imkanı yaradılacaqdır.

Qeyd: Təcrübə proqramı ödənişsiz olacaqdır.

məqaləni paylaş: