Soft Solution şirkəti "Junior Veb Dizayner" vəzifəsi üzrə vakansiya elan edir.
Bu sahə üzrə junior dizaynerlər, ilkin biliklərə sahib olan şəxslər, həmçinin 3 və 4-cü kurs tələbələri, tələb olunan sahədə az təcrübəyə malik, lakin özünü inkişaf etdirmək istəyən şəxslər öz CV-lərini "Junior Veb Dizayner" başlığı altında [email protected] ünvanına göndərə bilərlər.
Üstünlüklərimiz:
- Mütəmadi olaraq məşğələlərin keçirilməsi
- Rahat ofis şəraiti
- Tələbələr üçün dərsdən sonra işləmək imkanı
Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.