Soft Solution şirkəti "Junior PHP Developer" vəzifəsi üzrə vakansiya elan edir.

Bu sahə üzrə junior developerlər, ilkin biliklərə sahib olan şəxslər, həmçinin 3 və 4-cü kurs tələbələri, tələb olunan sahədə az təcrübəyə malik, lakin özünü inkişaf etdirmək istəyən şəxslər öz CV-lərini "PHP Developer" başlığı altında [email protected] ünvanına göndərə bilərlər.

Tələblər:

  • HTML / CSS üzrə biliklər
  • PHP üzrə zəruri biliklər
  • Yeni və mövcud layihələrdə kodların analiz edilməsi və təkmilləşdirilməsi

Üstünlüklərimiz:

  • Mütəmadi olaraq məşğələlərin keçirilməsi
  • Rahat ofis şəraiti
  • Tələbələr üçün dərsdən sonra işləmək imkanı

Qeyd: Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.

məqaləni paylaş: